Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin etdi
Cəmiyyət
Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.
report-a istinadən xəbər verir ki, bu vəzifə indiyə qədər xüsusi nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışan Səbuhi Mehdizadəyə həvalə olunub.
O, bu qurumdan əvvəl kənd təsərrüfatı nazirinin müşaviri, "Təmiz şəhər" ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, İqtisadiyyat Nazirliyinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin direktoru, "Azərbaycan Stolüstü Tennis Federasiyası" İctimai Birliyinin (İB) Baş katibi, "Azərbaycan Ağır Atletika Federasiyası" İB-nin İH sədrinin müavini işləyib, hazırda "Azərbaycan Stolüstü Tennis Federasiyası" İB-nin vitse-prezidentidir.

Топ из этой категории