"Övladlarımda daha çox vaxt keçirmək üçün istefa verdim" - Castin Trüdo

"Övladlarımda daha çox vaxt keçirmək üçün istefa verdim" - Castin Trüdo
Dunya
13:28, 13 yanvar 2025
208
0
Kanadanın baş naziri Castin Trüdo yaxın aylarda planlaşdırılan istefasından sonra istirahət etmək və uşaqları ilə daha çox vaxt keçirmək niyyətindədir.
o, bu barədə yerli KİV-ə açıqlamasında deyib. 

"Mən istirahət etmək, uşaqlarımla daha çox vaxt keçirmək üçün istefa ərizəmin təsdiqlənməsini səbirsizliklə gözləyirəm", - hökumət başçısı bildirib 
Trüdonun üç övladı var. 2023-cü ildə həyat yoldaşı Sofi Qrequardan boşanıb. 
Xatırladaq ki, yanvarın 6-da Trüdo hakim Kanada Liberal Partiyasının sədri vəzifəsini tərk edəcəyini və yeni Liberal lider seçildikdən sonra istefa verəcəyini açıqlayıb. 
Ctrl
Enter
Заметили ошЫбку
Выделите текст и нажмите Ctrl+Enter
Комментарии (0)