Ukrayna Putinlə danışıqlara qadağa qoyub

Ukrayna Putinlə danışıqlara qadağa qoyub
Siyasət
02:51, 16 yanvar 2025
64
0
"Kiyev Rusiya lideri Vladimir Putinlə şəxsən birbaşa danışıqlar aparmamaq prinsipindən əl çəkməyib".
"Sektor.info" xəbər verir ki,  bunu  Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “European Truth” nəşrinə açıqlamasında deyib. 
Xarici işlər nazirinə Donald Trampın münaqişəyə tezliklə son qoymaq planı kontekstində Rusiya prezidenti ilə birbaşa danışıqlara dair Ukraynanın mövqeyi ilə bağlı sual verilib.
Sibiqa bildirib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qadağa ilə bağlı qərarı “bu gün də” qüvvədə qalır.
2022-ci ilin payızında Zelenski Putinlə danışıqların mümkünsüzlüyünü bildirən fərman imzalayıb. Sənəddə Ukrayna lideri bəyan edib ki, "Kiyev dialoqa hazırdır, lakin "başqa Rusiya prezidenti ilə"".
Lakin 2024-cü ilin yayında Zelenski artıq Putinlə dinc danışıqların mümkünlüyünü etiraf etmişdi.
Ctrl
Enter
Заметили ошЫбку
Выделите текст и нажмите Ctrl+Enter
Комментарии (0)