Bölgələrdə yeni liseylər yaradılır

Bölgələrdə yeni liseylər yaradılır
Təhsil
13:53, 13 yanvar 2025
116
0
“Bölgələrdə istedadlı şagirdlərin təhsil ala biləcəyi lisey və gimnaziyaların şəbəkəsi genişləndirilir”.
“Sektor.info” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə deyib.
“Oğuz, Qobustan, Sumqayıt, Lənkəran, Mingəçevir kimi bir çox rayon və şəhərlərdə yeni liseylər yaradılır. Ötən il 34 müxtəlif lisey və gimnaziyada təhsil almaq üçün 25 min nəfərə yaxın şagird müraciət edib və onlar arasından ən yaxşı 3 min şagird bu müəssisələrə qəbul olub. Regionlarda istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə son iki ildə 5 lisey yaradılıb və fəaliyyət göstərir”, - deyə nazir müavini bildirib. 
Ctrl
Enter
Заметили ошЫбку
Выделите текст и нажмите Ctrl+Enter
Комментарии (0)